ABŞ desantlarını İŞİD-ə qarşı çıxarır

img

14-08-2014 [10:01]


Amerika Birləşmiş Ştatları Sincar dağlarında İŞİD silahlarına qarşı fəal hərbi mübarizəyə qoşula bilər.


ANS PRESS-in məlumatına görə, Ağ Ev rəhbərliyi hazırda bu barədə müzakirələr aparır. Bir qədər əvvəl Amerika hökuməti İŞİD silahlılarının mövqelərinə aviazərbələr endirmişdi. ABŞ rəsmiləri İraq hökuməti razılıq verəcəyi təqdirdə etnik azlıqların zorakılıqlardan xilas edilməsi üçün bölgəyə desant endirə biləcəyini deyib. 

"Əsas məqsədimiz bu insanların daha təhlükəsiz yerlərə təxliyə edilməsidir” - deyə milli təhlükəsizlik üzrə müşavir müavini Ben Rodes qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA