15-07-2014 [13:06]
Yayın qızmar günlərində Azərbaycan şou-biznesinin tanınmış simaları imkan tapdıqca dənizə getməyə də vaxt ayırırlar. Lent.az istirahətinin bir hissəsini dəniz kənarında, hovuzda keçirən məşhurların bir qismini sizlərlə bölüşür. Onların bir çoxlarını zaman-zaman mediada görmüşük. Əksəriyyəti çimərlikdən istirahət üçün yaralansa da, bəziləri burada fotosessiya etdirib, klip çəkdirirlər və bundan reklam kimi istifadə edirlər. Çünki əksəriyyətinin dəniz kənarında, hovuzda çəkdirdiyi şəkillər mediada müzakirə mövzusu olub və maraqla qarşılanıb.
Lent.azistirahət yeri kimi dəniz sahilini seçən, burada şəkil çəkdirib mediaya ötürən bəzi məşhurları təqdim edir.
Siyahımızın ilk sırasına özü dediyi kimi şou-biznesimizin yeni Şövkət Ələkbərovası, Alla Puqaçovası kimi təqdim olunan müğənniRöya Ayxandır. Müğənnin bir zamanlar istirahət etdiyi zaman dəniz kənarında açıq-saçıq şəkillər çəkdirmişdi. Həmin fotolar isə mediada səs-küyə səbəb olmuşdu. İfaçı illər sonra açıqlamasında bu addımı atdığı üçün peşman olduğunu "Ans”-in "Zərif Çərşənbə” verilişində demişdi: "Mən oğul anasıyam. İstəyərəm ki, kimlərinsə arxiv şəkillərini silənlər. Mənim də şəkillərimi silsin. O, şəkilləri silənlərin heç kimi yoxdur. Onlar heç kimə lazım deyillər. İstəyərəm ki, xoşagəlməz görüntüləri silən olsun. Amma olmayacaq. Amma eybi yox, bununla da bacaracam. Mən necə ki, atamın səhvlərinə göz yumdum, dedim ki, qanımdır, canımdır, keçdim. O, da keçər”.
Növbəti sırada mərhum xanəndə, xalq artisti İslam Rzayevin adını özünə soyad götürən müğənniXatirə İslamdır. Onun bir müddət öncə ailəsi və müğənni dostu Nicatla birgə istirahət edərkən çəkdirdiyi şəkillər mediada böyük müzakirələrə səbəb olmuşdu. İfaçı həmin şəkillərə bu şərhi vermişdi: "Nicat bizim evin uşağıdır. Mənim əlimdə böyüyüb. Mən Nicatın bacısı, müəlliməsi hesab olunuram. İnsanlar niyə belə gülünc məsələləri qabardırlar? Onu ailəm, həyat yoldaşım Fəxrəddin bəy də tanıyır. Ailəvi dostluğumuz var. Nicat özünə aid olan şəkilləri "Facebook”-da paylaşıb. İndi bunu el-aləmə yaymağın nə mənası var?” Şəkildə mən, Nicat və qardaşım Tural var. Kim məni tanıyır, şəklə baxan kimi biləcək ki, ətrafımda artıq-əskik heç kim yoxdur. Mən soyunub, oğlanlarla şəkil çəkdirən olsaydım bunu subay vaxtı edərdim, evli vaxtı niyə edim ki?
Şou-biznesə açıq-saçıq geyimi gətirənlərdən biri də xalq artistiAygün Kazımovadır. Hələ vaxtında heç bir ifaçının cəsarət edə bilmədiyi geyimlərlə efirə çıxan müğənnin çimərlik geyimində olan şəkilləri en qədərdir.
Növbəti sırada "Heç vaxt, heç vaxt demə” prinsipinə inanmayan müğənniNatəvan Həbibidir. Belə ki, ifaçının çəkdirdiyi şəkillər müzakirələrə səbəb olmuşdu. Hətta bir neçə ay öncə həmkarı xalq artisti Aygün Kazımova Natavanın həmin şəkillərini sosial şəbəkədə paylaşmışdı. Açıq saçıq geyimlərə gəldikdə isə Natavan bu sözləri deyib: "Heç kim məndən açıq-saçıqlıq, çimərlik geyimi gözləməsin, olmayacaq. Belə bir deyim var: "Heç vaxt, heç vaxt” demə, amma mən deyirəm. Heç vaxt məndən açıq geyimdə görməyəcəksiniz”.
Gör, götür dünyasıdır. Yeni çıxan müğənnilər də köhnələrdən nəsə götürməyə çalışır. Elə görüb götürənlərdən biri də gənc müğənniAfaq Aslandır. Məşhurlaşmağın sirlərini öyrənməyə can atan ifaçı bir müddət öncə istirahət edərkən çimərlik geyimində çəkdirdiyi şəkilləri sosial şəbəkədəki səhifəsində paylaşıb.
Üç oğul anasıNura Suridə "palaza bürün, elnən sürün”, deyiminə əməl edənlərdəndir. İfaçı övladları ilə birgə dənizdə çəkdirdiyi şəkilləri sosial şəbəkədəki səhifəsinə yerləşdirmişdi.
Atası öldükdən sonra adını soyadına pərçimləyən mərhum Vidadi Bərdəlinin qızıAytac Vidadiqızıda şou əhli ilə ayaqlaşmağa çalışanlardandır. İfaçı istirahət edərkən hovuzda kənarında pozalar verib.
Bir neçə ay öncə qeyri-nikahdan övlad dünyaya gətirən və "Pişik” ləqəbi ilə tanınanGünel Ələkbərovada hovuzda dincələn məşhurlardandır. Onun həmkarı Zamiq Hüseynovla birgə istirahət edərkən çəkdirdiyi şəkillər bir neçə il öncə mətbuata sızıb.
Azərbaycanı xarici ölkədə tanıtmağı özünə borc bilən modelValidə Abbasovada dəniz kənarında istirahət edərkən çəkdirdiyi şəkilləri sosial şəbəkədəki səhifəsinə yerləşdirib. Lakin onun bu şəkilləri elə də müzakirə olunmayıb. Çünki modelin elə şəkilləri var ki, çimərlikdə lentə aldırdığı şəkillər, o fotoların yanında "toya getməlidir”.
Şou-biznesə ilk addımını mərhum reper Hüseyn dərya ilə atan gənc müğənniAynurUmudovada istirahəti dənizdə keçirənlərdəndir. Onun çimərlikdə çəkdirdiyi şəkillər də müzakirələrə səbəb olmuşdu.
MeyxanaçıNamiq Qaraçuxurluçimərlik mövsümünə biganə qalmayıb. İfaçı ümumi dənizə getməkdən çəkinsə də, özəl məkanlarda dincəlir. O, bir müddət öncə hovuzda çimərkən çəkdirdiyi şəkli, "İnstagram” səhifəsində paylaşmışdı.
MüğənniElton Hüseynəliyev, Emil Bədəolov, Miri Yusif, Elza Seyidcahan, Sevinc Ağaşirinova, Səidə Sultanaparıcı Nanə Ağamaliyevada çimərlik mövsümünə biganə qalmayıblar. İstirahətləri zamanı çəkdirdikləri fotoları sosial şəbəkədə yayıblar.
Lent.azməşhurların illər ərzində dəniz kənarında çəkdirdikləri şəkilləri təqdim edir.
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub