Üçtərəfli işçi qrup müzakirələrə başladı: Zəngəzur dəhlizi açılır? -TƏHLİL
29-08-2024 [10:36]
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ötən gün keçirdiyi brifinqdə bildirib ki, üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir.
Məlumata görə, Azərbaycanın Qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.
Prinsip etibarilə belə bir danışığın baş tutması gözlənilirdi. Bunun üçün xronoloji ardıcıllıqla baş verən son üç hadisəyə nəzər yetirmək lazımdır:
1. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri;
2. V.Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla baş tutan telefon danışığı;
3. V. Putinin N. Paşinyanla telefon danışığından sonra Prezident İlham Əliyevlə baş tutan telefon danışığı.
Üçtərəfli işçi qrup yenidən görüşəcək
V. Putin anlayır ki, Ukrayna ilə müharibə uzanır. Kursk basqını isə göstərdi ki, Kiyev gözlənilməz zərbələr endirə bilər. Ən əsası Rusiya belə ani hücumlara hazır deyil. Rusiya üçün indiki vəziyyətdə Cənubi Qafqazdakı maraqlarını qorumaq çətindir. Lakin bütövlükdə bu maraqları başda ABŞ olmaqla Qərbə itirməyi də gözə ala bilməz. Rusiya əslində Ermənistanla Azərbaycan arasında sülh prosesində vasitəçi kimi iştirak etmək prosesini öz reallıqları fonunda tənzimləmək istəyir. Amma Ukrayna bataqlığı bunu imkansız edir.
Kreml ən yaxşı halda regional kommunikasiyaların açılması məsələsinə fokuslanaraq dividentlər əldə etməyə çalışır. Daha dəqiq desək, Rusiya bizim Zəngəzur dəhlizi dediyimiz bölgəyə nəzarət etmək arzusundadır. Kreml bunun üçün 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına istinad edir. Təbii ki, bu məsələ Bakı və İrəvanın maraqlarına ziddir. Başqa cür desək, İrəvan və Bakı, Moskvanın dəhlizdən və ya bölgədən istifadəsinə razıdır, amma nəzarət etməsinə razı deyil. Çünki Rusiyanın gücünün azaldığı hazırkı məqamda dəhlizə nəzarət etməsi Bakı və İrəvan üçün riskli olmasa da gələcəkdə Rusiyanın gücünü topladığı bir zamanda bu nəzarət güclənə, hətta yeni münaqişənin yaranmasına səbəb ola bilər.
Bakı indiki məqamda prosesləri yüz ölçüb, bir biçir. Bəli, Rusiyanın dəhlizə nəzarəti özlüyündə risk faktorları ehtiva edir, amma ABŞ və Qərbin son zamanlar Ermənistanda artan hərbi varlığı da danılmaz reallıqdır. Bu reallıq Bakı üçün təhdid yaratmasa da Ermənistanı cəsarətləndirdiyi bir həqiqətdir. Bundan başqa dəhlizə yenə Qərbin nəzarət etmə riskləri də var.
Yəni qısası, dəhlizə ABŞ-ın, Qərbin nəzarət etməyindənsə, Azərbaycanın strateji tərəfdaşı və müttəfiqi olan Rusiyanın nəzarət etməsi daha məqbuldur. Bakının bu yanaşması müəyyən mənada Qarabağda vaxtı ilə fəaliyyət göstərən sülhməramlıların fəaliyyətinə göstərdiyi tolerantlıqla bənzərlik təşkil edir. Ehtimal ki, Bakı Ukrayna-Rusiya müharibəsinin davam etməsi fonunda Moskvanın uzun müddət dəhlizə nəzarət edə bilməyəcəyini düşünür. Bu vaxta qədər isə İrəvanla sülh əldə edilə, dəhlizin statusu nəzarət məsələləri ikili müzakirələr ilə tam həll edilə bilər.
Turan Rzayev
MİA.AZ
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək
Milli Qəhrəman Şahin Tağıyev Memorial Məzarlıqda dəfn olunacaq
Abşeronda gölləri qurudub satıblar: subasmanın fəsadları və... - VİDEO + AÇIQLAMALAR
Xırdalanda bir yaşlı körpə ölüb
Səməd Seyidov: “Ermənilərin geri göndərilməsi məsələsinə gəlincə..."
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT