Avropa İttifaqı dörd erməninin təhvil verilməsini alqışladı - Açıqlama

img

15-01-2026 [12:30]


Avropa İttifaqı (Aİ) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper “X”-də bildirib.

“Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. Aİ iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb(APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA