"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı

img

04-03-2026 [10:57]


Naxçıvanda TikTok-da qeyri-etik paylaşımlara görə 3 nəfər saxlanılıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub.

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

Müvafiq qərarlarla V.Mahmudova, L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olub, S.Həsənova isə 750 manat cərimə edilib .

Qeyd edək ki, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA