Bölgələrə güclü qar yağır

img

15-01-2026 [10:07]


Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır.

Mia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti saat 10:00-a olan məlumat yayıb.

Bildirilib ki, yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35, Kişçayda (Şəki) 26, Laçında 25, Kəlbəcərdə 23, Qrızda 22, Xaltanda 17, Lerikdə 13, Şuşada 12, Qusarda 11, Xınalıq və Xızıda 10, Şahdağ və Qubada 9, Qobustan və Qəbələdə 7, Gədəbəydə 6, Xankəndi və Oğuzda 5, Sədərəkdə 3, Xocalı və Balakəndə 1 sm-dir.

Balakən, Qax, Şəki, Qəbələ, Oğuz, Şamaxı, Quba, Qusar, Zaqatala, Qrız, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA