Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı

img

14-01-2026 [23:06]


Qəzza zolağını İdarə etmək üçün Fələstin İdarəetmə Komitəsi yaradılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Qəzza üzrə vasitəçi olan üç ölkə Türkiyə, Misir və Qətər birgə bəyanat yayıblar.

Bəyanatda Fələstin İdarəetmə Komitəsinin yaradılmasını alqışlanıb və Əli Əbdül Həmid Şaatın rəhbərlik edəcəyi bu komitənin rosesə böyük töhfə cerəcəyi vurğulanıb: "Vasitəçilər davamlı sülhə nail olmaq və Qəzza zolağının yenidən qurulması üçün münbit şərait yaratmaq, eləcə də qardaş Fələstin xalqının təhlükəsizlik, sabitlik və ləyaqətli həyat arzularını qarşılamaq üçün bütün tərəflərin razılaşmanın həyata keçirilməsinə tam sadiq qalmalarının vacibliyini vurğulayırlar."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA