İran İsraili hədələdi: "Münasib zamanda uyğun cavabı verəcəyik"
01-08-2024 [13:06]
İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsi ilə bağlı İsraili hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə MT Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən iclasda çıxş edərkən deyib.
İranın tələbi, Rusiya, Çin və Əlcəzairin dəstəyi ilə keçirilən fövqəladə iclasda çıxş edən səfirin sözlərinə görə, Haniyə sionist işğalçı İsrail rejiminin terror fəaliyyətləri nəticəsində öldürülüb: "Bu hücum İsrailin bölgədəki terror və təxribat fəaliyyətlərinin davamıdır. İsrail regionda sülh və sabitliyi prioritet hesab edən İranın yeni hökumətin ilk gününə kölgə salmaq istəyir. İran bu hücumu ən sərt şəkildə qınayır, eyni zamanda, bildiririk ki, beynəlxalq hüquqa uyğun olaraq özümüzü müdafiə haqqımızı saxlayırıq. Biz nə vaxt münasib bilsək, həmin anda lazım bildiyimiz şəkildə cavab verəcəyik. Hər kəs əmin olsun, İsrailin cinayətkar və terror fəaliyyətlərinə qəti şəkildə cavab veriləcək".
İsrail rejiminin müharibə qızışdıran liderləri”nin heç bir şəkildə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət etmədiyini qeyd edən İrəvani qeyd edib ki, bu kontekstdə ABŞ da məsuliyyət daşıyır: "Beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası dəhşətli cinayətlərə səssiz qalmamalıdır. 10 aydır ki, BMT Təhlükəsizlik Şurasında başda ABŞ olmaqla 10-a yaxın ölkə İsrailin Qəzzada törədilən qırğına və onun bədxahlığına görə məsuliyyət daşımasının qarşısını alıb. Bu ölkələr Fələstinin özünümüdafiə haqqının qarşısını almaqla yanaşı, İsrailin Fələstin xalqına qarşı törətdiyi qırğın və soyqırımını qanuniləşdirməyə çalışırlar. BMT TŞ İsraili bu təcavüz aktının qarşısını almalıdır. Bura sanksiyalar və digər tədbirlər də daxil edilməlidir, yalnız bu yolla beynəlxalq ictimaiyyət İsrailin xain hücumlarının qarşısını ala bilər".
Samir Musayev
MİA.AZ
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir bələdiyyə sədri tutulub
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)