NATO Sammiti başlayıb: "Bu, təkcə Putinin qələbəsi olmayacaq..." - "Ən böyük risk Rusiyanın Ukraynada qalib gəlməsi olar" (FOTO)
10-07-2024 [09:00]
NATO-ya üzv 32 ölkənin liderləri bu gün ABŞ-da bir araya gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sammit alyansın 75-ci ildönümünü qeyd edən mərasimlə başlayıb.
Mərasim 1949-cu ildə 12 ölkə tərəfindən “Şimali Atlantika Müqaviləsi”nin imzalandığı və NATO-nun yaradıldığı Vaşinqtondakı “Andrew W. Mellon Auditorium”da keçirilib.
Mərasimə əvvəlcə liderlərin xanımları daxil olub, daha sonra Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın dəvət olunmuş liderləri qatılıblar. Daha sonra isə NATO-ya üzv 32 lider mərasim sahəsinə gələrək NATO-nun baş katibi Yens Stoltenberqlə birlikdə səhnəyə çıxıblar.
Mərasimdə İkinci Dünya Müharibəsi, NATO-nun yaradılması, Bosniya müharibəsi, Krımın ilhaqı və Rusiya-Ukrayna müharibəsi kimi müxtəlif hadisələri əks etdirən videoçarx nümayiş olunub.
Mərasimin açılış nitqini edən NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, tarixən belə bir alyans heç vaxt olmayıb: “Məhz Şimali Atlantika Müqaviləsi” sayəsində dünyada sülh qorunur. Bəli, NATO tarixin ən uğurlu ittifaqı olaraq ön plandadır. 75 illik yubileyimizdə NATO-nun təkcə ən uğurlu və ən güclü ittifaq deyil, həm də dünyanın ən uzunömürlü ittifaqı olduğunu rahatlıqla deyə bilərik. NATO-nun genişlənmə qərarından sonra Avropa tarixi dəyişib. Müttəfiqlər o dövrdə aydınlıq və qətiyyət nümayiş etdirdilər. İndi də bunu davam etdirməliyik".
Baş katib qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı hazırkı müharibəsi nəsillərin ən böyük təhlükəsizlik böhranıdır: "NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Təbii ki, bu dəstəyin bəzi riskləri və xərcləri də var. Ancaq ən böyük risk Rusiyanın Ukraynada qalib gəlməsi olacaq. Biz buna icazə verə bilmərik. Bu müharibənin nəticəsi onilliklər ərzində qlobal təhlükəsizliyi formalaşdıracaq. İndi demokratiyanı qorumaq vaxtıdır və bunu Ukraynada etməliyik. Rusiyanın qələbəsi təkcə Rusiya prezidenti Vladimir Putini deyil, İran, Şimali Koreya və Çin kimi avtoritar liderləri də ruhlandıracaq. Bu ölkələr Rusiyanı dəstəkləyir və NATO-nun iflasa uğramasını istəyirlər. NATO 75 ildir belə çox böyük fırtınalardan keçib. Ancaq hər dəfə müttəfiqlər bir-birinə maraqları, tarixi, adət-ənənələri və dəyərləri ilə bağlı olduğunu mnümayiş etdiriblər. Əminəm ki, bu hər zaman belə olacaq...."
Lamiyə Əhmədli
MİA.AZ
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ