İlham Əliyev Qazaxıstanda “ŞƏT plyus” formatında görüşdə - ÇIXIŞ + FOTOLAR (Yenilənib)
04-07-2024 [16:44]
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Dövlətimizin başçısı görüşdə çıxış edib:
"Hörmətli Kasım-Jomart Kemeleviç.
Hörmətli dövlət və hökumət başçıları.
Əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim.
Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik.
Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Hörmətli həmkarlar, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.
Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq.
Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm.
Sağ olun.
***
Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə Zirvə toplantısında iştirak edir. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
***
İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib.
Mia.az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını qarşılayıb.
Nəsimi rayonunda "Mətbuatımızın təşəkkülü və tarixi missiyası" adlı tədbir keçirilib - FOTOLAR
İstanbulda daha 8 bələdiyyə işçisi saxlanılıb
Milli mətbuatın yaranmasından 150 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - 27 yaralı var
Rusiyada 100-dən çox uçuş ləğv edilib - 200-dən çox reys isə...
“Nar” Daşkəsən festivalında iştirak edib
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
Hikmət Hacıyevin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
PREZİDENT ONLARI TƏLTİF ELƏDİ - TAM SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xarici ölkələrdə təhsil alan və və ya almaq istəyənlərə xəbərdarlıq - Mütləq bu rəsmi məlumatı oxuyun!
ONLARA 15 GÜN VAXT QOYULDU - Daha iki qanun dəyişdi
“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişiklik olunub - Prezident təsdiqlədi
"İlham Əliyev Zəngəzura böyük önəm verir, inanıram ki..." - Ərdoğan
Türkiyədə dollar ilin sonuna qədər bu qədər qalxacaq - Hesabat
İran Naxçıvana gedən avtobusu niyə saxlayıb? - Açıqlama + FOTO
Cümşüd Nuriyev müşavir təyin olunub
Hakim Ələsgər Məmmədliyə yenə "yox" dedi - Məhkəmə prosesi
"Göztəpə" sol cinah müdafiəçisi ilə anlaşıb
Sabah hava necə olacaq? - Proqnoz
Əcnəbilərin Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndiyə səfərinə icazə verilib
Üç deputat istefa verdi
Əli Əsədov onları yük vergisindən azad etdi - Qərar
Ərəb əşirətlərinin lideri druzilər və YPG-yə meydan oxudu: "Qadınlara təcavüz edildi, ərəb evləri yandırıldı, dağıdıldı"
10 yeni ixtisas əlavə olunub
Bu gün Avropa liqalarında rəqiblər müəyyənləşir
İlham Əliyev Belçika Kralını təbrik edib
Kiyevdə Azərbaycan səfirliyinin ətrafı raketlə vurulub - FOTOLAR
Qarabağ bölgəsində 1641 hektar ərazi minalardan təmizlənib
Ay jurnalist, sən hara, bayram hara?
“Like” manyakları… - Təbriz VƏFALI YAZIR
Yeni komissiya yaradılıb - DTX və XİTDX birgə məlumat yayb
"Eyüpspor" yığmanın hücumçusunu transfer edib
Türkiyədə kuryoz olay: toyundan 3 gün sonra evdən qızıllarla qaçan baş məşqçi 6 gün sonra tapıldı
"Trabzonspor" Saul Niqesi heyətinə qatıb
Masallıda 20 yaşlı gənc kanalda boğulub
"Fənərbağça" Skriniyarla anlaşıb
Sabiq deputat Zaur Mikayılova replika atdı: "Həm suya, həm də sabuna qənaət edirsən" - "Yezid sizdən yaxşıdır"
Afaq Bəşirqızı: "Deməli, hər şeyi pula satacağıq? Namusu, qeyrəti, mentaliteti, qadınlığımızı, kişiliyimizi də?"
Türkiyədə 15 saatdan çox çəkən yanğın... - 3 ev alovlandı, yanan heyvanların səsi ürək dağladı
Kayl Uoker-Piters “Vest Hem”ə transfer olub
Türkiyənin 11 şəhərində mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat: 33 nəfər həbs olunub
Aleks de Souza uğursuzluq zolağından çıxa bilmir