Gürcüstanda Su-25 qırıcısı qəzaya düşüb - Pilot həlak olub

img

02-07-2024 [16:25]


Gürcüstan ordusuna məxsus Su-25 tipli qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Gürcüstan Müdafiə Nazirliyinı açıqlama yayıb.

Açıqlamaya görə, Kvemo Kartli bölgəsinin Bolnisi rayonu ərazində baş verən qəzada pilot ölüb: "Su-25-in qəzası nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həyatını itirib. Hadisənin səbəbi ətraflı araşdırılır"

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA