İsrail BMT-yə aid məktəbləri yenə vurub - Ölən və yaralananlar var

img

25-06-2024 [09:07]


İsrail ordusunun Qəzza zolağında didərgin düşmüş mülki əhalinin sığındığı BMT-yə aid iki məktəbi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Agentlik bildirib ki, buu gün səhərə yaxın Əl-Şati Qaçqınlar Düşərgəsi və Əl-Dərəc bölgəsində BMT-nin Qaçqınlara Yardım və İşlər Agentliyinə (UNRWA) aid iki məktəbinə zərbələr endirilib: "Əl-Şati Qaçqınlar Düşərgəsində vurulan məktəbdə aralarında uşaqların da olduğu 5 nəfər, Əl-Dərəc bölgəsindəki Abdulfettah Hamud məktəbində isə 6 mülki vətəndaş həlak olub. YHər iki məktəbdə xeyli yaralı var".

Xəbərdə o da bildirilib ki, bundan başqa Qəzza şəhərinin Şucaiye rayonunda İsrail ordusu bir evə raket atıb: Həmin evdən 2 qadının cəsədi çıxarılıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA