ABŞ rəsmisi: "Türkiyə ilə əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik..."

img

25-06-2024 [00:04]


"ABŞ NATO Sammitində Türkiyə ilə danışıqları davam etdirməyi səbirsizliklə gözləyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Con Bass gələn ay ABŞ-da keçiriləcək NATO Sammiti öncəsi Belçikanın paytaxtı Brüsseldən onlayn mətbuat konfransına qatılan jurnalistlərin suallarına cavabda deyib.

Dövlət Departamentinin rəsmisi bildirib ki, Türkiyə NATO-nun əhəmiyyətli üzvü olmaqla yanaşı, ABŞ-ın starteji müttəfiqdir: "Biz Türkiyə hökuməti ilə istər rəhbərlik səviyyəsində, istərsə də nümayəndə heyətləri arasında qarşılıqlı müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Gələn ay NATO saammiti çərçivəsndə ABŞ-da mühüm görüşlərimiz olacaq. Orada təhlükəsizlik və digər məsələlər ətrafında yeni səhifələr açacağımıza inanıram..."

Con Bass Rusiyadan qaynaqlanan, hibrid təhdidlər, bölgələrdən qeyri-sabitlik və ya terror təşkilatlarının, xüsusən də İŞİD-in dirçəlmə ehtimalı və sair məsələlərdə Türkiyənin güclü mövqeyinə toxunub: "Biz bu istiqamətlərdə əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik...".

Xatırladaq ki, iyulun 9-11-də Vaşinqtonda NATO-nun Transatlantik Alyansın 75-ci ildönümü çərçivəsində liderlər səviyyəsində sammit keçiriləcək.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA