Fələstinli cərrah Qlazqo Universitetinin rektoru seçilib

img

28-03-2024 [09:36]


2023-cü il oktyabrın 9-da Sərhədsiz Həkimlər Təşkilatı vasitəsilə Qəzzaya gedən və 40 gün ərzində yaralı fələstinlilərə tibbi xidmət göstərən fələstin əsilli britaniyalı cərrah Gassan Abu Sitte Şotlandiyanın Qlazqo Universitetinin yeni rektoru olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mövcud qanuna əsasən, yeni rektor 3 müddətinə bu vəzifəni icra edəcək.

Məlumatda deyilir ki, Abu Sitte dünyanın ən yaxşı plastik cərrahlarından biridir.

Onu da qeyd edək ki, Fələstin torpaqlarında İsrail dövlətinin qurulmasına yol açan “Balfur Bəyannaməsi”nin müəllifi Artur Ceyms Balfour da 1890-1893-cü illərdə Qlazqo Universitetinin rektoru da olub.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA