Danimarkada səfərbərlik başlayır - Qadınlar da məcburi hərbi xidmətə çağırılır

img

14-03-2024 [09:54]


Danimarka ilk dəfə olaraq qadınlara məcburi hərbi xidmətə çağırılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, növbəti beş il ərzində müdafiə büdcəsini təxminən 6 milyard dollar artırmaq istəyən Danimarka NATO-ya üzv olmağa çalışır. Eyni zamanda, ölkə Rusiyadan gözlənilən mümkün hücuma hazırlıq gördüklərini gizlətmir.

Baş nazir Metter Frederiksen bu barədə çıxşında deyib ki, onlar əsla savaş istəmir: "Biz müharibə istədiyimiz üçün yenidən silahlanmırıq. Müharibədən qaçmaq istədiyimiz üçün yenidən silahlanırıq".

Baş nazir Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müharibə elan etməsindən sonra yaranan gərginliyə hazırlıqlı olmağı vacib sayıb: "Bunun üçün biz orduda islahatları sürətləndirməli və əlavə tədbirləri almalıyıq. Bundan  sonra orduya çağırışda cinslər arasında tam bərabərlik təmin ediləcək. Qadınlar da orduya cəlb olunacaq".

Müdafiə naziri Troels Lund Poulsen qadınlarla bağlı qərara belə izaha verib: "Tam gender bərabərliyi də daxil olmaqla, daha güclü hərbi çağırış sisteminə doğru gedirik. Biz müdafiə qabiliyyətimizi artıracağıq. Milli səfərbərliklə silahlı qüvvələrimizin şəxsi heyətinə töhfə verməliyik".

Xatırladaq ki, hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatılır. Bununla belə, orduya kifayət qədər könüllü qatıldığından kişilər püşklə qanuni olaraq 4 ay xidmət edirdi. İndisə bu qanun tamamilə dəyişir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq