İran ABŞ-dan təzminat tələb edir - 2,5 milyard dollar

img

12-03-2024 [12:23]


İran məhkəməsi ABŞ-ı 2008-ci ildə Şiraz şəhərində törədilən terror aktında rol aldığı iddia edir və bu səbəbdən 2,5 milyard dollar təzminat tələb edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın İRNA məlumat yayıb.

Məlumata görə, Tehran Beynəlxalq Hüquq Məhkəməsi terror aktı qurbanlarının 116 nəfərinin iddiası ilə qohumlarının açdığı iş üzrə ABŞ hökumətinə maddi, mənəvi və cəza təzminat kəsilib.

Qərarda 2008-ci ildə Şirazda 14 nəfərin həyatını itirdiyi terror aktını ABŞ-da yerləşən “Tonder” və “İran Krallığı Məclisi” kimi tanınan anti-rejim qrupunun həyata keçirdiyi qeyd edilib və iddia olunub ki, ABŞ hökuməti bu təşkilatlara dəstək verib: "Bu səbəbdən ABŞ hökumətinə 2 milyard 478 milyon dollar təzminat cəzası kəsilib".

Xatırladaq ki, Cəmşid Şarmehd adlı alman vətəndaşının lideri olduğu deyilən ABŞ-da yerləşən rejim əleyhdarı və monarxiya tərəfdarı təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü ilə nəticələnən terror aktı törədib. Hadisədə 215 nəfər də yaralanıb.

Şarmehd 2023-cü ilin fevralında İranda ölüm cəzasına məhkum edilib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq