Nəsimi rayonunda iməclikdə yeni agaclar əkilib - FOTOLAR

img

09-03-2024 [12:22]


Nəsimi  rayonunda ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində növbəti silsilə ağacəkmə kampaniyası, iməclik  keçirilib.

Mia.az xəbər verir ki, iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

İməclikdə 300-dən artıq piramida, şam, eldar şamı, giparis növlərində ağaclar əkilib. Eyni zamanda, 2000-dən çox ağaclara aqrotexniki qulluq göstərilib.

 Ağacəkmə aksiyasının keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Rayonnda   yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq