Rusiya Zelenski ilə Yunanıstan Baş nazirini qorxuya saldı - Kortejin yaxınlığına zərbələr endirildi

img

06-03-2024 [21:39]


Bu gün Yunanıstanın Baş anziri ilə Odessa şəhərində olan Ukrayna prezidenti Zelenskinin kortejininn yaxınlığında partlayış baş verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Zelenski ilə görüşmək üçün Odessaya gedən Yunanıstanın baş naziri Kiryakos Miçotakisin karvanı partlayış yerindən 150 metr aralıda olub. 

Məlumata görə, Rusiya ordusu hər iki ölkə liderinin kortejinin ətrafını bombalayıb.

Qeyd edilib ki, hadisədə ölən və ya yaralanan olmayıb: "Kortej də zərər çəkməyib".

Hücumla bağlı rəsmi açıqlama hələlik verilməyib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA