İsrail polisi daha 55 fələstinlini həbs edib

img

04-03-2024 [15:50]


İsrail polisi işğal altındakı İordan çayının qərb sahilində evə basqınları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi məlumat yayıb.

Bildirilib ki, Şərqi Qüdslə yanaşı, İordan çayının qərb sahilindəki Hebron, Beytləhm, Ramallah, Qüds və Qalkilya şəhərlərində dünəndən bu yana həyata keçirilən basqınlarda aralarında uşaqlaırn da olduğu daha 55 fələstinli qandaqllanıb.

Xəbərdə deyilir ki, onların hara aparıldıqları bəlli deyil: "Bununla da 7 oktyabr 2023-cü il tarixindən bu yana İsrail tərəfindən İordan çayının qərb sahilində tutulan fələstinlilərin sayı 7400-ə yüksəlib".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq