Türkiyədə derbi: "Beşiktaş"lı atdı, "Qalatasaray" qazandı

img

03-03-2024 [22:36]


Bu gün Türkiyə Super Liqasının 28-ci turunda "Qalatasaray" səfərdə "Beşiktaş"la "boyun əydirib".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun "Qalatasaray"ın üstünlüyü ilə başa çatıb - 0:1.

Oyundakı yeganə qola "Beşiktaş"lı Əl-Musratinin öz qapısına vurub.

Onu da qeyd edək ki, "Beşiktaş"da Ömər Kolli qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, bu qələbə ilə "Qalatasaray" 75 xalla liderlik kürsüsündəki mövqeyni qoruyub.

"Beşiktaş" isə 46 xalla 4-cü yerdədir

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq