Sabah hava necə olacaq? - Proqnoz

img

28-02-2024 [12:23]


Bakıda və Abşeron yarımadasında fevralın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq