Türkiyədə hakimi vuran futbolçu tutulub

img

27-02-2024 [15:29]


Məşhur futbolçu, 43 yaşlı İbrahim Yattaranın yeni anlaşdığı və ilk dəfə formasını geyindiyi həvəskar matçda hakimi vuran futbolçu həbs edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uzun illər "Trabzonspor”da çıxış edən və Sivas Super Həvəskarlar Liqasının komandalarından “İmranlıspor”a transfer olunan 43 yaşlı qvineyalı futbolçu İbrahim Yattaranın komandası ilə oyunda "Cümhuriyyət Universiteti" futbol komandasının kapitanı Emre Uyanik hakim Batuhan Bolatın yumrqulayıb. Bundan dərhal sonra oyun təxirə salınıb.

Bu hadisədən sonra o, saxlanılaraq polisə aparılıb. Polisdəki ifadəsindən sonra futbolçu məhkəməyə çıxaırlıb. Hakim onun barəsində həbs qərarı verib.

Xatırladaq ki, "İmranlıspor" 3:0 hesabı ilə qalib gəldiyi matçın 68-ci dəqiqəsində Yattara oyuna daxil olub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq