AFFA İntizam Komitəsi bu klubları cərimələyib

img

27-02-2024 [14:33]


AFFA İntizam Komitəsi "Səbail" və "Qəbələ" klublarını 700 manat cərimələyib.

Mia.az xəbər verir ki, buna hər iki komandanın 4 futbolçusunun Premyer Liqanın XXIV turunun matçlarında sarı vərəqə alması səbəb olub.

"Qəbələ"nin oyunçuları "Kəpəz"lə, paytaxt təmsilçisinin üzvləri isə "Sabah"la görüşdə qarşılarında vərəqə görüblər.

"Qəbələ" klubuna xəbərdarlıq da edilib. Sözügedən matçda azarkeşlər tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.

Bundan başqa “Turan Tovuz”u azarkeşlərinə görə 1800 manat cərimələyib

Eyni zamanda, qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılan 6 ədəd oturacağa görə stadiona dəyən zərər “Neftçi” tərəfindən ödənilməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq