Martın 3-də buraxılış imtahanı keçiriləcək - Buraxılış vərəqəsi ilə bağlı xəbərdarlıq
22-02-2024 [10:49]
Məlum olduğu kimi, 2024-cü il martın 3-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə-1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahanından Mia.az-a verilən xəbərə görə, martın 3-də Çilov adasında yerləşən məktəbin, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
https://eservices.dim.gov.az/sagird/infosh.aspx
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR