ABŞ və Böyük Britaniya Yəmənə hava zərbələri endirib

img

21-02-2024 [12:33]


ABŞ və Böyük Britaniya Yəmənə hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Husilərin nəzarətində olan SABA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ və İngiltərə hərbi hava qüvvələri Hudeydanın şimalındakı əl-Ərac bölgəsinə 4, Əl-Cebbane bölgəsinə isə 2 hava hücumu həyata keçirib.

Məlumjatda daöğıntı və insan tələfatı haqda informasiya verilməyib.

Xəbərdə o da deyilir ki, Hudeyda ən uzun sahilə malik olmaqla Yəmənin ən əhəmiyyətli şəhərlərindən biridir, burada üç mühüm liman var.

Hudeyda şəhərinin şimalında Cebbane bölgəsində husilərə aid hava hücumundan müdafiə sistemləri quraşdırılıb.

Onu da qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı husilərin fevralın 19-da Yunanıstan bayraqlı, ABŞ-a məxsus “M/V Dəniz Çempionu” adlı yük gəmisinə doğru iki ballistik raket atdıqlarını açıqlamışdı.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq