Yeni dövrə qalib Liderlə... - İbrahim Babayev yazır
01-02-2024 [22:20]
İbrahim Babayev,
UNEC-in “Humanitar Fənlər” kafedrasının baş müəllimi
***
Azərbaycan xalqı çox qədim və zəngin dövlətçilik tarixinə və ənənlərinə sahibdir. Xalqımız bütün tarixi boyu öz dövlətçilik ənənələrini qoruyub saxlamış və inkişaf etdirmişdir. Bu müqəddəs yolda xalqımız çoxlu şəhidlər vermiş, öz varlığı ilə əyani olaraq göstərmişdir ki, hər kəsin arzusunda olduğu azadlıq və tərəqqi yalnız müstəqil milli dövlətçilik sayəsində mümkün ola bilər.
Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikası özünün dövlət müstəqilliyinin formalaşdırılmasında və möhkəmləndirilməsində güclü lider faktorunun özünü göstərdiyi ölkələrdən biridir. Bu, istər Azərbaycanın iqtisadi müstəqilliyinin bərqərar olunmasında, istər erməni işğalına qarşı qazandığı parlaq qələbədə, istərsə də beynəlxalq aləmdə ölkəmizin haqlı mövqeyinin qorunub saxlanılmasında özünü bütün dünyada göstərmişdir. Bununla da Ümummilli Lider Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycan sürətlə inkişaf edərək dünya birliyində özünə layiqli yer tutmuşdur.
2003-cü ildə Prezident seçilən İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirəcəyini bəyan etməklə gələcək fəaliyytini xalqımızın və dövlətimizin maraqlarına tam uyğun olduğunu sübut etdi.
Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu olduqca möhtəşəmdir. Çox qısa müddətdə iqtisadiyyatını inkişaf etdirən Azərbaycan çox böyük transmilli layihələrə imza atıb ölkəmizi regional liderə çevirdi. Yeraltı sərvətlərin yerüstü qızıla çevriən Azərbaycan bütün sahələrdə inkişaf dinamikasına görə bir çoxlarını qabaqlayıb beynəlxalq təşkilatların da aparıcı gücünə çevrildi. Təkcə bir fakt: 2011-ci ildə Qoşulmama hərəkatına üzv seçilən Azərbaycan artıq 4 ildir ki, bu böyük təşkilata sədrlik edir. Bu isə Azərbaycan Prezidentinin şəxsiyyətinə olan böyük hörmətin nümunəsidir. Bu gün Prezident İlham Əliyevin ”sözümüz imzamızdır” fikrini hətta bizi istəməyən dövlətlər belə qəbul edirlər. Çünki, Prezident kimi İlham Əliyev siyasətində öz xalqının maraqları ilə bərabər digər dövlətlərin və xalqların maraqlarını da nəzərə alıb. Onun sivil və humanizm siyasətinin kökündə həmişə bu anlayış yer alıb.
Dövlət başçısı kimi İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas amalı 30 ilə yaxın bir müddətdə işğalı altında qlan torpaqlarımızı erməni tapdağından azad etmək və suverenliyimizi tam bərpa etmək idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Xalqımızın şərəf və ləyaqətini özünə qaytardı. Bu müqəddəs yolda Azərbaycan xalqı ilə Prezidentin birliyini bütün dünya gördü.
Artıq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan 7 fevralda Preziden seçkilərini müstəqilik tarixində ilk dəfə olaraq bütün ərazilərində keçirəcək. Həmin gün qalib ölkənin Qalib Lideri ilə seçkiyə gedəcək xalqımızın, dövlətimizin və hər bir azərbaycanlının böyük tarixi arzularının və istəklərinin həyata keçəcəyi gün kimi tarixə düşəcək. Müdrik xalqımız özünün yeni inkişaf dövrünə səs verməklə daha güclü Azərbaycanın gələcəyini seçəcək və müstəqil Azərbaycan qüdrətli dövlət olaraq daim inkişaf edəcək!
MİA.A.Z
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi