“Vecon Consulting” illik hesabat açıqladı

img

11-01-2024 [17:39]


"Vecon Consulting" şirkəti qiymətləndirmə sektorunun aparıcı şirkəti olaraq ənənəsini davam etdirərək fəaliyyəti barədə 2023-cü ilin nəticələrini əks etdirən illik hesabat açıqlayıb.

Mia.az-a verilən məlumata görə, şirkətin illik hesabatında deyilir ki, 2023-cü ildə şirkətin iş portfeli ötən il ilə müqayisədə 11,1% artıb. Müvafiq olaraq şirkətin xərcləri 8,9 %, mənfəəti isə 13,6 % artıb.

Yola saldığımız ildə "Vecon Consulting"in işçilərinin sayında da artım olub ki, bu öz növbəsində 13% təşkil edib. İşçilər arasında keyfiyyət şəhadətnaməsinin yüksəldilməsi istiqamətində ciddi nəticə qeydə alınıb:  şirkətin iki mütəxəssisi sertifikata layiq görülüb.

Şirkətin partnyorlarının sayında da ciddi artım qeydə alınıb. 2022-ci ilə nisbətən bu il şirkətin yeni müştərilərinin sayı 21 % artıb.  Ölkədə fəaliyyət göstərən bankların  70% şirkətin partnyorudur, qiymətləndirmə hesabatları isə bütün banklar tərəfindən qəbul edilir. Xarici partnyorların sayı 2-yə qalxıb. Türkiyənin tanınmış EVA Gayrimenkul Degerleme şirkəti ilə əməkdaşlığa start verilib.

Şirkətin müvəkkil təşkilatı olduğu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müraciətlərin sayı 33 % artıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə müraciətlərin sayında isə azalma olub – 2,5 faiz.

"Vecon Consulting" in daimi partnyorlarının yenidən müraciət sayında 19,8% artım qeydə alınıb. 

Şirkətin 13 regional nümayəndəliklərindən  5-i  fərqlənmə sertifikatına layiq görülüb. "Vecon Consulting" Azərbaycanın bölgələrinin 100 faizində təmsilçilik hüququ əldə edib. Bu isə ölkəmizin qiymətləndirmə sektorunda yeganə faktoloji göstəricidir.

Qiymətləndirmə şirkətləri içərisində peşə riskinin sığortalanmasını həyata keçirən ilk şirkətlərdən olan "Vecon Consulting" şirkəti 2023-cü ildə sığorta təminatını 1 milyon manatdan 1,5 milyon manata yüksəldib. 

Şirkət daşınar və daşınmaz əmlakın, inşaat materialların qiymətinin  təhlili sahəsində fərqlənməyi də bacarıb. Bu il ərzində 17  analitik qiymətləndirmə təhlili ictimaiyyətə təqdim olunub. Bunlardan 8-i ödənişli əsaslarla istifadə edilmə şərti ilə tanınmış iqtisadi portallarda yayınlanıb. Bu hesabatlar paytaxtı və regionlar da daxil olmaqla 5 fəaliyyət sahəsini əhatə edib. 
Şirkət sayım və inventarizasiya istiqaməti üzrə xidməti bu ildən etibarən daha da aktivləşdirib.

"Vecon Consulting" 2023-cü ildə komunikasiya imkanlarını,  peşəkar fəaliyyət üçün zəruri olan vasitələrin sayını artırıb. 

Xatırladaq ki, "Vecon Consulting"  qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.

Şirkət tanınmış "JSC International Valuation Centre"  və EVA Gayrimenkul Degerleme şirkətlərinin ölkəmizdəki partnyorudur. Şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. "Vecon Consulting"  MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.

Şirkətin təsisçisi və direktoru Vüqar Oruc isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, tanınmış iqtisadçı ekspertdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq