“City Hospital” klinikasının cərrahının qətli... - Məhkəmə başlayır

img

29-11-2023 [09:44]


Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Muhammet Gündüzün istintaq prosesi yekunlaşıb.

Mia.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə cari il dekabrın 21-də hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq(Report).

Qeyd edək ki, hadisə bu il mayın 6-da baş verib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib.

Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

Qətli törədən Muhammet Gündüz isə biznes fəaliyyəti ilə məşğul olub, onlar 14 il əvvəl ailə həyatı qurublar. Hadisəni törədən M.Gündüz saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq