İmişlidə kişi 35 yaşlı arvadına çoxsaylı bıçaq zərbələri endirib

img

29-11-2023 [09:14]


İmişlidə ər arvadını bıçaqlayıb.

Mia.az xəbər verir ki, 1985-ci il təvəllüdlü İmişli rayonu, Cavadxanlı kəndində yaşayan Elməddin Qəhrəmanov arvadı, 1988-ci il təvəllüdlü Zəhra Qəhrəmanova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya çoxsaylı bıçaq zərbələri endirib.

Faktla bağlı İmişli rayon polis şöbəsinin İstintaq bölməsində CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, Elməddin Qəhrəmanov şübhəli şəxs qismində tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR