Roma Papası və Baş redaktoru güllələyən məşhur Mehmet Ali Ağca reketlikdə ittiham olunur - "Başqasının mülkünü ələ keçirib" - Məhkəmə

img

28-11-2023 [11:43]


1 fevral 1979-cu ildə “Milliyet” qəzetinin baş redaktoru Abdi İpəkçiyə silahlı sui-qəsdlə öldürən, 1981-ci il mayın 13-də Papa II İohann Pavelin əlindən və qarnından güllələyən məşhur Mehmet Ali Ağca Türkiyədə - İstanbulda yenidən hakim qarşısına çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə o, "reketlik", təhdid və özgə əmlakı hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunur.

Məlumata görə, o, bir qrup şəxslə birgə İstanbulda  başqasının 3 otaqlı mənzilini uşaqlarını, ailəsini ölümlə hədələməklə qızının adına keçirməyə nail olub.

Məhkəmədə aydın olub ki, borcları qarşılığında 2021-ci ildə Bahçelievlerdə mənzil alan Gökhan Soylu adlı şəxs aralarında Mehmet Ali Ağcanın da olduğu 5 nəfər tərəfindən "razborka"ya çağırılıb. 

"Razborka"da Ağca Soylunu uşaqları ilə təhdid edib: "Gökhan Soylu hadisədən qorxduğu üçün evi Mehmet Ali Ağcaya təhvil verib. Ev Ağcanın qızının adına sənədləşdirilib. İllər sonra isə Soylu hadisə ilə bağlı şikayət edib".

Xəbərdə deyilir ki, şikayətdən Ağca ilə bərabər 5 nəfərə cinayət işi açılıb.

Bakırköy 24-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda müttəhimlər Gökhan Erdal, soyadını sonradan "Aslan" olaraq dəyişdirən Mehmet Ali Ağca, Muhittin Erdal və Reyhan Erdal iştirak etsə də, Ahmet Çetin qatılmayıb. 

İclasda Ağca çııxş edəərk, ittihamı qəbul etmədiyini deyib: "Şikayətçini və digər müttəhimləri tanımıram. Bu evi mən Ayhanın vasitəsilə almışam. Ərzurumlu olduğunu və keçmişdə restoran işlətdiyini bilirəm. Əslində bu evi Ayhanın xatirinə almışam. Araşdırıb Ayhanın kimliyini açıqlayacağam. Onun şahid qismində dinlənilməsini istəyirəm. Təqsirləndirilənlər arasında Ahmet Çətini yalnız Ayhanla gördüm. Ahmet Çətinin bu mənzilin alınması ilə bağlı heç bir məsləhəti olmadı. Bu işə birbaşa Ayhan vasitəsilə daxil oldum. səhv etmirəmsə, mənzili 110 min TL civarında almışdım. Qısa müddət sonra bu evi satdım. Neçəyə satdığımı xatırlamıram. Mən 2015-2022-ci illər arasında 1 milyon yarım dollar dəyərində 5-6 daşınmaz əmlak alıb-satmışam. Bu şikayətçini qətiyyən hədələməmişəm. Bəraət tələb edirəm”.

Şikayətçi Gökhan Soylu isə deyib ki, müttəhimlərdən Ağca xaric qalanları həmkəndliləridir: "Mehmet Ali Aslanı tanımıram. Muhittin Erdal mənə borclu idi. Alacaqlarıma qarşı çek verdi. Çek məbləğlərini ödəmədi. Sözügedən daşınmaz əmlak bundna sonra borc qarşılığında mənə verildi. Borcumu ödəyəndən sonra isə onu qaytaracaqdım. Ancaq o, borcu ödəmədi. Bir gün Emre Gümüştepe adlı makler yanıma gəldi və Mehmet Ali Ağcanın bu evlə bağlı mənimlə görüşmək istədiyini dedi. Adını daha əvvəl eşitdiyim üçün getməli oldum. Bakırköydə ofisdə görüşdük.Mehmet Ali məndən mənzili ona təhvil verməyimi tələb elədi. Tələbi qəbul etmədim. Mehmet Ali daha sonra məni hədələməyə başladı, "Ailən, övladların var, heç qorxmursan?" dedi. Mehmet Ali "evi verməzsən, baş verəcəklərə cavabdeh deyiləm” deyəndən sonra çəkindim. Çünki o, uşaqlarımın saat neçədə məktəbə gedib-gəldiyni də bilirdi...".

Şikayətçi həmin vaxti şikayət etməməsini qorxması ilə əlaqələndirib.

Ağça bu iddialara cavab olaraq, ittihamı yenə də rədd edib.

Samir Musayev

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR