Türkiyədə dəhşətli qətl: 72 yaşlı kişi səs-küy salan bir ailəni öldürdü

img

27-11-2023 [16:33]


Türkiyənin paytaxtında 72 yaşlı kişi qonşularına dəhşət yaşadıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankarada üst qonşusunun azyaşlı uşaqlarının evdə oyun oynarkən səs-küy salmasına dözə bilməyən 72 yaşlı Tahsin Ünsür onların hamısını öldürüb.

Məlumata görə, o, törətdiyi cinayətlə bağlı prokurorluğa ifadəsində həyat yoldaşının təxminən bir il əvvəl dünyasını dəyişdiyini və ondan sonra səs-küyə dözə bilmədiyini deyib: "Həyat yoldaşımın ölümündən sonra səsə həssas oldum, qonşularımın uşaqları da daim evdə gurultu çıxarırdı. Dözə bilmirdim artıq".

72 yaşlı kişi deyib ki, hər ehtimala silahını götürərək, qonşusuna xəbərdarlıq etmək üçün onun qapısını döyüb: "Silahı özümü qoruçaq, göz qorxutmaq üçün götürdüm. Qapını 41 yaşlı Həmdi Turqut açdı, o, uşaqlaırnı sakitləşdirmək əvəzinə "neyləyək, uşaqlar oynamamalıdır?" dedi. u zaman o və 71 yaşlı anası Behiyə üstümə gəldi. Onları və həyat yoldaşı Sunay vurmağımı xatırlayıram, ancaq 13 yaşlı Mustafa ilə 11 yaşlı qızları  Ceyda Turqutı balkona gedib vurmağımı xatırlamıram. Çox peşmanam".

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq