Gəncədə dəhşətli qətl: 21 yaşlı şəxs gecəyarısı bacısını öldürdü

img

27-11-2023 [10:03]


Gəncə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Şəhər Prokurorluğundan Mia.az--a verilən məlumata görə, noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bzi iddialara görə, qardaş bacısını instaqramdan istifadə etdiyi üçün öldürüb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq