RƏQİB MAFİYA ÜZVLƏRİNİ DİRİ-DİRİ PƏLƏNGƏ YEDİRDƏN QORXUNC MAFİYA... - Təhlükəsizlik şefi 1000 əsgərin əməliyyatı ilə tutuldu - Bayden sevindi (FOTO)

img

24-11-2023 [18:47]


Meksikanın ən böyük cinayətkar mafiyalarından sayılan "Los Çapitos" adlı qorxunc mafiyanın təhlükəsizlik rəhbəri Nestor İsidro Perez Salas həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nestor İsidro Perez Salas 1000 əsgər və iki döyüş helikopterinin iştrakı ilə həyata keçirilən əməliyyatda saxlanılıb.

Məlumata görə, rəqib cinayətkar təşkilatların üzvlərini pələnglərə diri-diri yedirməklə Cənubi və Şimali Amerika qitələrinə qorxu saçan Salasın həbsi bölgə dövlətlərində "canlanma" yaradıb: "Bu, qitənin hər yerinə kök salmış "Los Çapitos" mafiyası üçün ağır zərbə olacaq...".

Hələ illər əvvəl  Nestor İsidro Perez Salaslin gizləndiyi yer barədə dəqiq məlumat verənə 3 milyon dolar mükafat vəd edən ABŞ Dövlət Departamenti bu həbslə bağlı açıqlama verərək, əməliyyatın əhəmiyyətini qabardıb və bunun regionda kokain alverinə sarsıdıcı zərbə olacağını iddia edib: "Bu cinayətkar Amerikaya qaçaqmalçılıq yolu ilə gətirilən kokain tranzitinin başında duran əsas şəxsdir. Onun həbsi bu tranzit daşımaya böyük zərbə olacaq".

Sensasiyalı həbsə ABŞ prezidenti Co Bayden də reaksiya verib. O, Meksika prezidenti Andres Manuel Lopez Obradora təşəkkür edib. 

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq