İstanbul və Bursada narkomafiyalar qarşı növbəti əməliyyat: 156 nəfər saxlanılıb

img

23-11-2023 [10:17]


İstanbul və Bursada narkotik satıcılarına qarşı həyata keçirilən “Narkogüç-37 əməliyyatı”nda 156 şübhəli saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib. 

Onun sözlərinə görə, İstanbulun 13 rayonunda 96 ünvanda eyni vaxtda əməliyyat keçirilərək, 92 şübhəli tutulub: "Bursada isə 64 şübhəli saxlanılıb...".

Nazir bildirib ki, əməliyyatlar zamanı 116 min 500 ədəd narkotik həb və ümumilikdə 55 kiloqram sintetik narkotik maddə aşkar edilərək götürülüb: "Ölkəmizi zəhər tacirlərindən və küçə narkosatıcılarından təmizləməkdə qərarlıyıq".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR