İstanbulda mafiyalara qarşı əməliyyat: daha 14 nəfər saxlanılıb

img

21-11-2023 [17:39]


İstanbulda cinayət təşkilatına qarşı keçirilən əməliyyatda daha 14 nəfər saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul polisi İstanbulun Büyükçekmece bölgəsindəki bir villada baş verən atışmadan sonra əməliyyata başlayıb.

Məlumata görə, həmin villadakı gizli saxlanc yerindən 6 tapança və 1 ov tüfəngi götürülüb.

Atışmada adları hallanan 28 nəfərlə bağlı araşdırmalara müəyyən olunub ki, onlar qətl, yaralama, iş yerlərinə silahlı basqın və digər belə çoxsaylı cinayətlərdə yer alan kriminal şəxslər olub: "Bundan sonra İstanbul daxil olmaqla daha iki şəhərdə  keçirilən əməliyyatlarla onlardan 14 nəfəri saxlanılıb, qalan 14 nəfərin isə axtarışı davam edir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq