Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-11-2023 [00:02]
Qoç - romantik hisslər, əsassız istəklər və xülyalara aldanmayın. Macəra və sərgüzəştlər aramayın. Günün ilk yarısı sizdən mühüm qərarlar tələb edə bilər. Bu qərarlar müəyyən dərəcədə şəxsi həyatınızla bağlı olacaq.
Günün ikinci yarısında imkalarınızı dəqiq qiymətləndirin, illüziyalara qapılmayın. Yaxın insanla münasibətlərdə harmoniyanı qoruyun. Etibar və xoş məramlar emosional durumunuza xoş təsir edəcək. Axşam saatlarında diqqətli olun, hisslərə qapılmayın.
Buğa - yaradıcı və yaşam potensialınız yüksəkdir. Peşəkar fəaliyyətdə inadkar, qətiyyətli olun. Sevdiyiniz insanın qəlbini qırmayın. Səy və vaxtınızı əsirgəməsəniz xüsusi əhəmiyyətə malik işdə uğura nail ola bilərsiniz. Bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin. İşdə rəhbərliklə təmaslarda problem olmayacaq. Qeyri-adi layihəni reallaşdırmaq və ya çoxdankı problemin həllini tapmaq şansları az deyil.
Əkizlər - səbrli olun, təmkinli davranın. Hadisələrin mövcud axarına süni müdaxilələrin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. İşdə tənbəllik etməyin. Bu gün istirahət və əyləncə zamanı deyil. Əsl hissləri və dostluğu heç nəyə məsul etməyən boş tanışlıqdan ayırın. Ətrafınızdakı insanlarla münasibətləri nizamlayın, emosiyalarınızda qayda yaradın. Axşam saatlarında yeni tanışlıq istisna deyil.
Xərçəng - yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun. Xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq istəyirsinizsə, ehtiyatlı davranın, sözlərinizdə səlis olun. Səfərə və ya səyahətə yollanmayın. Səfər nəzərdə tutulan vaxtdan uzun, nəticələri isə münasib olmayacaq. Əmlakınızı qoruyun. Su və alov riskli vəziyyət yarada bilər. Mənfi təmayüllərin təsiri azaltmaq üçün ünsiyyətdə səmimi və gülərüz olun. Qaraqabaqlıq etməyin.
Şir - işgüzar müstəvidə çətinliklər ola bilər. Gəlirli sifvarişi əldən buraxmayın, ciddi maliyyə itkilərinə səbəb olacaq addımlar atmayın. İşdəki münasibətlərdə sərinlik yarana bilər. Saymazyana və yekəxana davranaraq sizə sataşan insanın tərbiyəsizliyini cavabsız qoymayın. Alınan məlumatı təhlil edin. Situasiyanı dəqiq qiymətləndirmək üçün baş verənləri anlamağa çalışın. Şəxsi münasibətlərdə vəziyyət pis deyil. Önəmli problemlər yaranmır. Kiçik çətinlikləri asanlıqla dəf edə bilərsiniz. Dəyər verdiyiniz insandan gələn xəbər əhvalınızı yaxşılaşdıracaq. Axşam saatlarında istirahət edin.
Qız - iş barədə çox fikirləşsəniz, ağır gün olacaq. Karyera müstəvisində inkişaf, maddi rifah və maliyyə imkanlarının artırılması ilə bağlı konkret addımları planlaşdırın. Amma tələsməyin. Bir qədər dincəlin, tempi aşağı salın. Əks təqdirdə daxili gərginlik ünsiyyətdə qəfil çətinlik və sonrakı təəssüf hissi ilə sonuclana bilər. Yorğunluq axşam saatlarında başağrıya səbəb ola bilər. Nikbin olun, pessimizmə qapılmayın. Eqoist hisslərin təsirinə düşərək maraqlarınızın zərbə aldığını düşünməyin. Yaxınlarınızla söhbətləşin, tanışlarla əlaqə saxlayın.
Tərəzi - qarışıq, birmənalı olmayan gündür. Hərdəmxəyal olmayın, qeyri-ciddi işlərə başlamayın. Hisslər və emosiyalara nəzarət etməsəniz, ciddi fəsadlarla qarşılaşa bilərsiniz. Zəhmətkeş olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əmək və səylərinizi əsirgəməyin.Günün ilk yarısında başladığınız işləri axşam saatlarında başa vurun.Önəmli qərar qəbul edərkən tələsməyin. Daxili narahatlıq və ya nigaranlıq varsa, düşünülməmiş addım atmayın. Tələsik davranış sonradan peşmançılığa səbəb ola bilər. Yardım istəyənlərə kömək edin. Eqoizminizlə mübarizə aparın. Emosiyaların əsiri olmaqla heç nəyə nail olmayacaqsınız. Ətrafdakı insanların maraqlarını nəzərə alın.
Əqrəb - aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə çatın, yarımçıq işləri başa vurun. Hissiyat və intuisiyanız yüksək səviyyədədir.İstənilən işə başlayaraq onu başa vura bilərsiniz. Lakin işləri seçərkən diqqətli olun.
Peşəkar sahədə problemləri çözə bilərsiniz. Maddi durumunuz yaxşılaşacaq. Faydalı əlaqələr yaratmaq və yaxın perspektivdə sərfəli format alacaq tanışlıqlara nail ola bilərsiniz.Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Oxatan - şəxsi münasibətlər müstəvisində çətin gündür. Romantik macəra çox pis, gözlənilməz fəsadla başa çata bilər. Tanışlıqlarda tələskən olmayın ki, sonradan peşmançılıq hissi keçirməyəsiniz. Sinirlərin tarıma çəkilməsi, daxili gərginliyin artması və münaqişə ehtimalının qarşısını almaq üçün təmkinli davranın. Kənar təsirlərə uymayın. Təzyiqə imkan verməyin, hisslərinizin əsirinə çevrilməyin. Rasionunuza diqqət verin. Günün ikinci hissəsini sakit keçirin, cari işlərlə məşğul olun. Dünyagörüş və bilikləri artırın. Axşam saatlarında istirahət edin.
Oğlaq - qohumluq əlaqələrinin möhkəmləndirlməsi barədə düşünün. Ailədəki problemlərdən birinin qəfil, amma çox effektiv həllini tapa bilərsiniz. Xoşagəlməz fikirlər və təlaşlar sizi narahat etməsin. Situasiya nə qədər çətin, qarışıq olsa da, həll yollarını tapa bilərsiniz. Ruhdan düşməyin, təşvişə düşməyin. Alış-veriş üçün uğurlu gündür. Maliyyə məsələlərində həssas olun. Kommersiya layihəsi və ya yeni işdə diqqətli davranın. Günün ikinci yarısında travma və qəza riski var. Uzaq, planlaşdırılmamış səfərə yollananlar xüsusilə diqqətli olmalıdır.
Dolça - mənəvi tarazlığa nail olaraq ətrafınız və aləmlə harmoniyanı hiss edə bilərsiniz. Aqressiyanın istənilən formalarından uzaq olsanız, ətrafınızdakı insanlar üçün çox iş görə biləcəyinizi anlayacaqsınız. Onlar da borclu qalmayacaqlar. Yaxınlarınıza yardım edin, sevdiyiniz insanı sevindirin.
Bu gün təmirə başlamaq, mebel və ya məişət texnikası almaq məsləhət deyil. Axşam saatlarını sevdiyiniz insanla keçirin. Son vaxtlar sizi narahat edən problemi həll edə bilərsiniz. Etibar etdiyiniz insanlarla dil taparaq gələcəklə bağlı planları müzakirə edin.
Balıqlar - yaxınlarınız və ailə üzvlərinizlə münasibətlərinizdə ilk əvvəl kiçik, amma vaxt keçdikcə böyüyən anlaşılmazlıq ciddi qarşıdurmaya dönə bilər. Təmkinli, səbrli olun. Güzəştə gedin, humanistcəsinə davranın. Uzun səfərlər və səyahətlər üçün əlverişli gün deyil. Axşam saatlarını evdə keçirin. Qonaq qəbul edə bilərsiniz. Səhhətinizə fikir verin. Kəskin ağrılar riski var. Özünümüalicə ilə məşğul olmayın. Həkimlə məsləhətləşin.
Milli.Az
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib
Papadan dünyaya çağırış: "24 saatlıq atəşkəs elan edin!" - "Məni həqiqətən kədərləndirən hallardan biri Rusiyanın..."
Bakıda gəmi hərraca çıxarılıb
Leyla Əliyeva maraqlı foto paylaşdı: “Əziz ata, ad günün mübarək”
Əfsanəvi Tofiq Bəhramovun nəvəsi rəis vəzifəsindən çıxarılıb - Gömrükdə daha bir dəyişiklik
Bəylər Əyyubovun həbs edilən vəzifəli qardaşı oğlu... - Xəzər dənizinin sahilində 15 hektarlıq ərazi necə ələ keçirilib?
Saatlıda ər-arvad dəm qazından ölüblər
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
"Məğlubiyyətə layiq deyildik" - Domeniko Tedesko