İordaniya Baş nazirindən İsrailə açıq xəbərdarlıq: "Bu cəhdi müharibə elanı kimi qiymətləndirəcəyik"

img

06-11-2023 [17:52]


"Fələstinlilərin sürgün edilmə cəhdini müharibə elanı kimi qiymətləndirəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İordaniyanın baş naziri Bişr əl-Hasavne verib.

İordaniyanın rəsmi agentliyi PETRA-nın məlumatına görə, Baş nazir bu barədə ölk parlamentində çıxış edərkən deyib.

İsrailin blokada altındakı Qəzza zolağına hücumları ilə bağlı İordaniyanın bütün variantları masada saxladığını deyən Hasavne bildirib ki,  fələstinliləri sürgün etmək istiqamətində istənilən cəhd və ya şərt qırmızı xəttləridir: "İordaniya bunu müharibə elanı kimi qiymətləndirəcək".

Baş nazir İsrailin Qəzza zolağında davam edən hücumlarını beynəlxalq hüquqa və humanitar qaydalara zidd cinayətlər sayıb: "Fələstinliləri öldürmək üçün İsrailə tanınan sərhədsiz imkanlar  dayandırılmalıdır. Beynəlxalq hüquq ayrı-seçkilik olmadan mülki şəxslərin hədəf alınmasını cinayət hesab edir".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA