ABŞ Aralıq dənizinə nüvə başlıqlı sualtı gəmi göndərib - Yaxın Şərqdə "qan çanağı" qaynayır

img

06-11-2023 [10:25]


ABŞ Aralıq dənizinə nüvə başlıqlı sualtı gəmi göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri mlumat yayıb.

Bildirilib ki, nüvə başlıqlı raketlərl təchiz olunmuş gəmi artıq Yaxın Şərqə çatıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hessabında isə qeyd edilib ki, 5 noyabr 2023-cü ildə Ohio sinifli sualtı qayıq ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına yetişib.

Xatırladaq ki, ABŞ HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi genişmiqyaslı hücumdan sonra İsrailə dəsətk məqsədi ilə iki nəhəng təyyarədaşıyan gəmisini də Aralıq dənizinin şərqinə göndərib. 

Onu da qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken hazırda bölgədə səfərdədir. O, bu gün Türkiyədə rəsmi görüşlər keçirəcək.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA