İsrail əsgərləri “Cəsur Fələstinli qız”ı həbs edib - Anası evə basqın olduğunu dedi (FOTOLAR)

img

06-11-2023 [09:39]


İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində 23 yaşlı “cəsur fələstinli qız” adıyla məşhurlaşan Ahid ət-Təmimi saxlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin xəbər agentliyi WAFA məlumat yayıb.

Ahid Tamiminin anası Nəriman Təmimi bildirib ki, İsrail qüvvələri Ramallahın Nebi Salih qəsəbəsindəki evlərinə basqın edərək qızını aparıblar.

Neriman Tamimi İsrail əsgərlərinin basqın zamanı evlərinə ziyan vurduğunu və istifadə etdikləri cib telefonlarını müsadirə etdiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, “Cəsur Fələstinli qız” kimi tanınan Ahid Tamimi 2017-ci ildə İsrail qüvvələri tərəfindən həbs edilib və 8 ay həbsdə yatıb.

Həyatında üç dəfə İsrail gülləsi ilə yaralanan və "Hanzala Cəsarət" Mükafatını qazanan "cəsur fələstinli qız" Et-Tamimi dünyanın gündəminə düşüb.

Prezident Rəcəb Tayyib Ərdoğan həbs olunduqdan sonra sərbəst buraxılan Ahid Et-Temimi ilə də telefonla danışıb və onu cəsarətinə və döyüş əzminə görə təbrik edib.

Samir Musayev

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR