Netanyahu: "Əsirlər buraxılmayana qədər atəşkəs olmayacaq" - Daha 60 əsir ölüb

img

06-11-2023 [00:05]


"Qəzzada əsirlər azad edilənə günə qədər atəşkəs olmayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Netanyahu: İsrailin baş naziri Benyamin Netanyahu ölkənin cənubundakı hava bazasında hərbçilərlə görüşdə deyib.

O bir daha təkrarlayıb ki, HƏMAS oktyabrın 7-də götürdüyü əsirləri sağ-salamat buraxmalıdır: "Əks halda hər hansı müvəqqəti atəşkəsdən söhbət gedə bilməz. Biz bu haqda həm dostlarımıza, həm də düşmənlərimizə fikrimizi demişik...".

Bu arada isə HƏMAS ötəngünkü bombardmanda daha 60 əsirin həlak olduğunu rəsmən açıqlayıb: "Təəssüf ki, onların 20-nin cəsədini belə tapa bilmiirk. Onların ölümündə İsrail məsuldur".

Xatırladaq ki, HƏMAS ötən həftə əlində 250-yə yaxın əsir olduğunu açıqlamışdı. Bildirmişdi ki, onlardan 50-yə qədəri İsrailin bombardmanı nəticəsində ölüblər.

Tahir 

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR