İsrail gecə boyu Qəzzaya ölümcül zərbələr endirib - Xeyli ölən və yaralanan var

img

06-11-2023 [09:32]


İsrail ordusuna məxsus döyüş təyyarələrinin gecə boyu Qəzza zolağında bir çox ərazini bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzi bölgələrindəki Zevayde bölgəsində bir evə zərbə endirib: "Nəticədə evdə olan 10 nəfər ölüblər.

Bununla yanaşı, Xan Yunisin əl-Muhafaza küçəsindəki daha bir evə hava hücumunda biri uşaq olmaqla iki nəfər ölüb, xeyli insan isə yaralanıb. Hər iki hadisədə dağıntılar altnda onlarla insan qalıb".

Məlumata görə, İsrail döyüş təyyarələri və artilleriya qüvvələri gecə boyu bölgədəki Qaçqınlar düşərgəsi ilə Çifa xəstəxanası ətrafına da şiddətli hücumları davam etdiriblər: "Zərbə nəticəsində Şatı, Deyr-Belah, əl-Beric və əl-Meqazi qaçqın düşərgələrində ən azı 10 nəfər ölüb, onlarla mülki şəxs isə ağöır yaralar alıblar"

Qəzzada fəaliyyət göstərən "Şihab" xəbər agentliyinin məlumatına görə, Misirlə sərhədədki Rəfah şəhərinin qərbində, Tel əs-Sultan rayonunda Əbu Ülvan adlə şəxsin evi də vurulub: "Buraya hava hücumu nəticəsində 15 nəfər həyatını itirib. Akarime küçəsindəki digər  evə hücumda isə 3 nəfər ölüb, xeyli yaralı var".

Məlumata görə, son sutkada ən azı 200 nəfər ölüb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR