İsrail təcili yardım karvanını vurdu: "Çoxsaylı ölən və yaralı var..."

img

03-11-2023 [22:39]


Şifa xəstəxanasının əsas girişi və yaralıları Rəfah sərhəd qapısına aparacaq təcili yardım karvanı İsrailin havadan hücumuna məruz qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Şifa xəstəxanası və Qüds xəstəxanasının ətrafını bombalayan İsrail döyüş təyyarələri yaxınlıqdakı İndoneziya xəstəxanası və mülki vətəndaşlar üçün nəzərdə tutulmuş məktəbi də hədəf alıb.

Yerli mənbələrin məlumatına görə, Şifa Xəstəxanası qarşısında ən az 60 adam həyatını itirib: "Hücum nəticəsində yaralıları Misirə daşıyacaq təcili yardım maşınlarına da ciddi ziyan dəyib".

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Qəzza şəhərindəki Şifa xəstəxanasında mətbuat konfransı keçirib.

Onun sözlərinə görə, İsrail cənuba doğru hərəkət edən və Rəfah Sərhəd Qapısına çatmaq üçün hazırlanan təcili yardım karvanını hədəf almaqla müharibə qaydalarını belə ayaqlar altına atır: "Hücumda çoxsaylı ölən və yaralananlar var. Hazırda dəqiqləşmə aparılır".

Firudun Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA