Blinken İsrail prezidentinə zəng edib - Açıqlama

img

01-11-2023 [11:25]


ABŞ dövlət katibi Antoni Blinken İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Bildirilib ki, Blinken Herzoq ilə telefon danışığında münaqişələrdə mülki vətəndaşlara zərərin minimuma endirilməsi üçün tədbirlər görülməsinə çağırıb.

Blinken bununla yanaşı, İsrailin özünümüdafiə haqqını müdafiə etdiklərini bir daha vurğulayaraq, Qəzzaya humanitar yardımların artırılması və sürətlə çatdırılması lazım olduğunu bildirib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA