İsrail qırıcıları Suriyanı bombalayıb, 11 nəfər ölüb

img

21-01-2019 [12:34]


 İsrail qırıcılarının Suriya paytaxtı Dəməşqi bombalaması nəticəsində azı 11 nəfər ölüb.

"Report” xəbər verir ki, məlumatı yanvarın 21-də Suriya İnsan Hüquqları Monitorinq Təşkilatı yayıb.

Təşkilatdan bildirilib ki, ölənlər ya hərbçi, ya da silahlı birləşmələrin döyüşçüləridir. Onlardan ikisinin suryalı olduğu qeyd edilib.

Rusiya Müdafiə Nazirliyinin İdarəetmə Mərkəzindən bildirilib ki, Suriyanın hava hücumundan müdafiə sistemləri (Bəşşar Əsədə bağlı) 48 saat ərzində İsrailin 30 raketini zərəsizləşdirib.

İsrailin "Haaretz” qəzeti hərbi mənbələrə istinadən yazıb ki, İran İsrailin Suriyadakı hərbi mövqelərini bombaladıqdan sonra qarşı tərəfdə İslam Respublikasının bu ölkədəki hədəflərini vurub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA