Cəlilabadda qətl törədən şəxs saxlanılıb

img

28-10-2023 [13:42]


Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Xaqani Mirnizami oğlu Əhmədlini vuraraq qəsdən öldürən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq