Ukrayna Ali Radasının keçmiş deputatı güllələnib

img

27-10-2023 [14:13]


Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Tsarev güllələnib.

Bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov məlumat verib.

"Oleqin vəziyyəti çox ağırdır. Oleq güllələnib", - deyə Roqov Telegram kanalında yazıb.

O, Tsarevin hazırda reanimasiyada çox ağır vəziyyətdə olduğunu söyləyib.

Tsarevin rəsmi Teleqram kanalı onun sui-qəsdin qurbanı olduğunu təsdiqləyib və Ali Radanın keçmiş deputatının iki güllə yarası aldığını açıqlayıb.

"Oleq Tsarevin həyatına sui-qəsd edilməsi ilə bağlı məlumatı onun yaxınları təsdiqləyir. Gecə yarısı Krımda yaşadığı sanatoriyanın ərazisində ona iki dəfə atəş açılıb. Cinayətkar barədə məlumat yoxdur, təhlükəsizlik qüvvələri araşdırma aparır", - deyə keçmiş deputatın Teleqram kanalı yazıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krımda Ali Radanın keçmiş deputatı Oleq Tsarevə sui-qəsd cəhdini şərh etməyib. O, bunu hələlik bu barədə məlumatının olmaması ilə izah edib.

"Məndə belə bir məlumat yoxdur, bunun nə dərəcədə doğru olduğunu bilmirəm, ona görə də heç nə deyə bilmərəm" deyə Kremlin sözçüsü vurğulayıb(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR