Avropa çempionunun ölümünə səbəb olan sürücü: "İçkili idim..."

img

27-10-2023 [13:25]


Kunq-fu üzrə Avropa çempionu olan türkiyəli idmançı Buket Kayanın Kayseridə avtomobil qəzasında ölümünə səbəb olan sürücünün ifadəsi yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəzanı törədən yük maşınının sürücü Ramazan Öner ifadəsində sərxoş olduğunu etiraf edib.

Kayseridə minik avtomobilinin yük maşınına arxadan çırpılması və Uşu Kung Fu üzrə Avropa çempionu, 21 yaşlı Buket Kayanın ölümünə səbəb olmasından peşman olduğunu deyən Ramazan Öner ifadəsində maşını sərxoş vəziyyətdə idarə etdiyindən olayın detallarını xatırlamadığını deyib: "Sərxoş olduğum doğrudur. Gözümü açanda xəstəxanada idim. Qəzanın necə baş verdiyini xatırlamıram. Hadisəyə görə çox təəssüflənirəm”.

Xatırladaq ki, qəza oktyabrın 22-də saat 23.30 radələrində baş verib. 

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq