Daha bir təhlükəli mafiya çökdürüldü, 47 nəfər qandallandı - Türkiyədə "Zaza Doğan"a qarşı əməliyyat (AÇIQLAMA)

img

27-10-2023 [12:05]


Türkiyədə daha bir təhlükəli mafiya təşkilatına qarşı əməliyyat keçirlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama yayıb.

Nazir bildirib ki, İstanbul başda olmaqla, 4 şəhərdə İstanbul, Muğla, Bursa və Mersində "Qəfəs" adlı əməliyyat çərçivəsində "Zaza Doğan" mütəşəkkil cinayət təşkilatına qarşı eyni vaxtda uğurlu əməliyyat həyata keçirilib.

Nazir bildirib ki, qəsb, "raborka" adam oğurluğu, qətllər, yaralama, narkotik ticarəti və sair kimi cinayətlərdə hakim rolda olan "Zaza Doğan" mafiyası əməliyyatla çökdürülüb: "Əməliyyat nəticəsində 47 şübhəli şəxs yaxalanıb...".

Nazirin sözlərinə görə, əməliyyat zamanı mafiya üzvlərindən qanunsuz silahlar, narkotik və sair əşya dəlilləri götürülüb: "Xalqımız bilsin ki, onun rahatlığını pozaanlara qarşı amansız mübarizəmiz davam edir və edəəck. Bu cür mütəşəkkil cinayətkar təşkilatların əməllərinə dözüm göstərilməyəcək. Əksinə, istənilən mütəşəkkil cinayətkar təşkilatlara göz aşmağa imkan vermədən ədalətə təslim edəcəyik".

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq