Şəmkirdə əməliyyat: bu şəxslər saxlanıldı - SİYAHI

img

26-10-2023 [13:11]


Şəmkir Rayon Polis Şöbəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı apardıqları mübarizə çərçivəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlmaqda şübhəli bilinən şəxslər saxlanlıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-aa bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şübhəli şəxslər ərazi üzrə polis orqanlarına gətirilib. Rayon sakinləri İsmət Rzayev, Rasim Hacıyev, Seymur Əsgərov, Röyal Nuruzadə, Namiq Fərhadov, Ozal Nağıyev, Teymuraz Musayev və Yaşar Aslanovun üzərlərinə baxış keçirilən zaman heroin, marixuana və digər narkotik vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan 8 nəfər barəsində cinayət işi başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq