Kosovoda serblərlə silahlı toqquşma bitdi: 5 nəfər həlak oldu, serb muzdlulardan 6-sı yaralı tutuldu - "Siyasi atışma" və gərginlik isə davam edir
26-09-2023 [00:36]
Kosovonun Şimali Mitrovitsa bölgəsində Leposaviç sərhəd bölgəsindən 15 km Kosovonun içərilərinə doğru zirehli maşınla irəliləyən və qarşılarına çıxan bir polisi öldürən, digərinmi yaralayan və nəhayət, qısa zamanda, 400-dək xüsusii təyinatlı ilə atışmaya girərək kilsəyə sığınan 30 nəfərlik serb silahlı qrupu zərərsizləşdirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla da Kosovoda bir qrup serblə polis arasında toqquşma başa çatıb.
Məlumata görə, toqquşmalarda bir Kosovo polisi həyatını itirib, 4 serb hücumçu hadisə yerində öldürülüb, 6 serb silahlısı isə yaralı ələ keçirilib.
Kosova polisinin məumatına görə, digər silahlılar Serbiyaya qaçmağa fürsət tapa biliblər: "Kosovo polisi tərəfindən 6 yaralı halda saxlanılan serb muzdlu terrorçulara hazırda xəstəxanada tibbi yardım göstərilir".
Serb Pravoslav Kilsəsinin keşişi Banyska monastırına (kilsə) sığınan silahlı serb döyüşçülərinin böyük hissəsinin gecə saatlarında monastırı tərk etdiyini və hücum edənlərin hara getdiyini bilmədiyini iddia edib.
Kosovo polisi isə monastır və bölgədəki bir çox evdə axtarış keçirib.

Kosovo polis rəisi Qazmend Hoca bildirib ki, axtarışlar zamanı serb döyüşçülərinə məxsus 1 ağır zirehli maşın, 24 maşın, 2 motosiklet, 150 partlayıcı, dinamit, 23 elektrik detonator, 20-yə yaxın səsboğucu və 230-dan çox maqazin, 4 təhlükəsizlik kamerası, 3 kamera, O, 30 AK-47 tipli tüfəng, 6 pulemyot, 29 dolu patron, 21 gülləkeçirməz jilet, 2 radio və 100-dən çox hərbi geyimin götürülüb.

Kosovo Daxili İşlər Nazirliyi isə Serbiyaya qaçan qalan döyüşçülərin onlara təhvil verilməsini tələb edib: "Bizdə məlumat var ki, qaçan daha 6 serbiyalı terrorçu Serbiya dövət xəstəxanasında müalicə olunurlar. Onların dərhal Kosovo səlahiyyətlilərinə təhvil verilməsini tələb edirik".
Kosovonun baş naziri Albin Kurti isə deyib ki, hücum edənlər təsadüfi silahlılar deyil:

"Onlar Serbiyaya rəsmən bağlı olan muzdlu döyüşçülərdir. Biz artıq onlaırn hücumu ilə bağlı xeyli faktlar əldə etmişik. İstintaq bütün imkanları ilə hücumçuları araşdırır. Əminəm ki, yaxın vaxtlarda daha ciddi faktlar əldə edəcəyik. Hələlik dəqiq olan odur ki, onlar rəsmi Belqrada bağlı olan muzdlu döyüşçülərdir. Onların arasında ordu və polisdə vaxtilə xidmət etmiş peşəkarlar var".
Onu da qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç baş verənlərdə Kosovonu ittiham edib.

O daha sonra deyib ki, "bizi öldürsələr də, Kosovonun müstəqilliyini tanımayacağıq".
Prezident daha sonra serblərə müraciət edərək, təmkinli davranmağı xahiş edib: "Çünki bizi NATO ilə savaşa sürükləmək istəyirlər".
Lamiyə Əhmədli
MİA.AZ
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi